Qırmızı.az
Nazirlik nəticələri açıqladı
İki mərhələli imtahanların birinci mərhələsində namizədlərin məntiqi düşüncə qabiliyyətini və intellektual potensialını müəyyən etmək üçün test imtahanı təşkil olunub.
Təhsil Nazirliyindən Publika.az-a bildiriblər ki, ikinci mərhələdə
isə liseylərin profilinə uyğun olaraq, VII sinif şagirdləri
Azərbaycan dili və riyaziyyat, VIII və IX sinif şagirdləri isə
Azərbaycan dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən
imtahan veriblər.
Qəbul imtahanında VII sinif üzrə 170, VIII sinif üzrə 151, IX sinif
üzrə 84 şagird olmaqla, ümumilikdə 405 şagird iştirak edib.
Onlardan 152 nəfər Fizika-riyaziyyat və informatika təmayüllü
liseyə, 87 nəfər isə Kimya-biologiya təmayüllü liseyə qəbul
olunub.
Qeyd edək ki, bu liseylərdə təhsil alanlar üçün fərqli proqram
tətbiq olunacaq, istedadı ilə seçilən şagirdlərin yerli və
beynəlxalq olimpiadalara hazırlanması məqsədilə müvafiq şərait
yaradılacaq. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə
malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin
etmək üçün zəruri maddi-texniki baza ilə təchiz ediləcəkdir.
Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və ehtiyac
yarandıqda yataqxana ilə təmin olunacaqlar.
Qəbul imtahanlarının nəticələrini şagirdlərin imtahan verdikləri
liseylərdən öyrənmək mümkündür. İmtahanlardan uğurla keçmiş
şagirdlər 21-29 avqust 2014-cü il tarixlərində qeyd olunan təhsil
müəssisələrində qeydiyyatdan keçməlidirlər.
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR