Qırmızı.az
“Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib
Bu gün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı" mövzusunda tədbir keçirilib.
Tədbirdə Baş Nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, "Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa
rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Prezident
Administrasyasının, Nazirlər Kabineti aparatının nümayəndələri,
millət vəkilləri, ərazisi işğal olunmuş rayon icra başçıları, muğam
ifaçıları və digər qonaqlar iştira edib.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən qaçqın
və məcburi köçkünlərlə bağlı görülən işlərə həsr edilmiş foto
stendlərə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan Əli Həsənov, Heydər Əliyev Fondunun
yaranma tarixi və Fondun Prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti
barədə danışıb. Ə.Həsənov qeyd edib ki, Mehriban Əliyevanın
rəhbərliyi ilə Heydər Əliyev Fondu genişmiqyaslı beynəlxalq
tədbirlər və forumlar həyata keçirib.
Ə.Həsənov vurğulayıb ki, bir çox dövlətlər, mötəbər beynəlxalq
qurumlar bu fəaliyyətinə görə Mehriban xanımı ən yüksək ordenlər,
medallar və mükafatlar ilə təltif ediblər.
Ə.Həsənovun sözlərinə görə, Mehriban xanımın rəhbərliyi ilə həyata
keçirilən tədbirlər Azərbaycan mədəniyyətini, incəsənətini,
musiqisini, mətbəxi və adət-ənənələrini dünyaya çatdırılmasında
mühüm rol oynayıb.
Mehriban Əliyevanın muğama göstərdiyi diqqət və qayğısından danışan
Ə.Həsənov bildirib ki, Mehriban Əliyeva Bakıda Muğam Mərkəzinin
açılmasına nail olub, Mehriban xanımın təşəbbüsü ilə keçirilən
muğam festivalları Azərbaycanda muğamın inkişafına böyük töhfə
verib.
Ə.Həsənov qeyd edib ki, Heydər Əliyev Fondu daim qaçqın və məcburi
köçkünlərə xüsusi diqqət və qayğı ilə yanaşıb, Dağlıq Qarabağ
münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasında
mühüm rol oynayıb.
Ə.Həsənov bildirib ki, Heydər Əliyev Fondu hər il yeni il
şənliklərində, yeni tədris ilində qaçqın və məcburi köçkün
uçaqlarını unutmur, ağır xəstəliklərə düçar olmuş məcburi köçkün
uşaqların xaricdə müalicə almasının təşkil edir.
"Xocalıya ədalət" kampaniyasından danışan Ə.Həsənov bildirib ki, bu
kampaniya çərçivəsində Xocalı faciəsinin dünyaya çatdırılması
istqamətində son 5-6 ildə son 20 ildən çox işlər görülüb və bunun
nəticəsində dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında kifayət
qədər məlumata malikdirlər.
Sonra Heydər Əliyev Fondunun fəaliyyəti haqqında film nümayiş etdirilib.
Daha sonra çıxış edən B.Səfərov deyib ki, bu gün Heydər Əliyev
Fondunun fəaliyyəti ilə fəxr etmək olar. O qeyd edib ki, Heydər
Əliyev Fondu çox böyük işlər görür və bu işər böyük zəhmət hesabına
başa gəlir.
Digər çıxışçılar da Heydər Əliyev Fondunun fəaliyyətini və qaçqın
və məcburi köçkünlərə diqqət və qayğısını yüksək qiymətləndirib və
buna görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya
təşəkkürlərini bildiriblər.
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video