Qırmızı.az
“Həmin ağaclar məktəblilər üçün təhlükəli idi” - Nazirlik
Sumqayıtdakı 18 saylı orta məktəbin yaxınlığında yerləşən çoxillik yaşıl ağacların kəsilməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AzVision.az-a açıqlamasında bildirib ki, həmin ağacların kəsilməsinə səbəb onların qəzalı vəziyyətdə olması olub.
Nazirlik rəsmisinin sözlərinə görə, həmin məktəbin rəhbərliyi tərəfindən nazirliyə bir neçə ağacın kanalizasiya xəttinə maneə törətməsi ilə bağlı müraciət daxil olmuşdu və nazirliyin əməkdaşları əraziyə baş çəkib, araşdırma aparıblar:
“Bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin mütəxəssisləri tərəfindən 18 saylı orta məktəbdə olublar və burada bir neçə qəzalı vəziyyətdə olan ağacların kəsilməsinə, yerində hər birinin əvəzinə 10 ağac əkilməsi şərti ilə icazə verilib. Bir neçə ağacın isə budanmasına razılıq verilib. Oradakı ağacların kökləri kanalizasiya xəttlərini dağıdıb. Həm də ərazidən çəkilən şəkillərdən də göründüyü kimi həmin ağaclar qəzalı vəziyyətdə idi və təhlükəli idi. Həmin ağaclar məktəblərin də həyatı üçün təhlükə yaradırdı. Nazirliyin əməkdaşları da hadisə yerində olan zaman təhlükəli ağacların kəsilməsinə, digərlərinin isə budanmasına icazə veriblər”.
Qeyd edək ki, bu məsələ ilə bağlı AzVision.az bu gün səhər saatlarında məlumat yaymışdı və hadisə yerindən fotoları təqdim etmişdi.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq