Daha bir Perinatal Mərkəzi istifadəyə verildi
Bizi izləyin

Qırmızı.az

Daha bir Perinatal Mərkəzi istifadəyə verildi

Lənkəran şəhərində 9 rayonun əhalisinə tibbi xidmət göstərəcək Regional Perinatal Mərkəzi istifadəyə verilib.

Publika.az xəbər verir ki, 76 çarpayılıq Mərkəzdə doğum, patalogiya, anesteziologiya və reanimasiya şöbələri, yeni doğulmuşların reanimasiya və intensiv terapiyası bölməsi fəaliyyət göstərir.

Mərkəzə ixtisaslaşdırılmış tibb işçiləri cəlb olunublar.

Ölkəmizin cənub bölgəsinin sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün yeni səhiyyə müəssisəsi ən müasir tibbi avadanlıqla təchiz olunub.

Lənkəran Regional Perinatal Mərkəzinin açılış mərasimində iştirak edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov ölkəmizin cənub bölgəsində belə bir Mərkəzin fəaliyyətə başlamasının mühüm hadisə olduğunu qeyd edərək, TƏBİB-in müvafiq şöbələri tərəfindən Mərkəzdə çalışan həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində təlimlərin keçirildiyini bildirib.

Həmçinin oxuyun:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm