Qırmızı.az
Rusiyalı tələbələr Azərbaycana gəlib (FOTO)
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla
Əliyevanın dəvəti ilə rusiyalı tələbələr Azərbaycana
gəlib.
Publika.az-ın məlumatına görə, bu günlərdə M.V.Lomonosov adına
Moskva Dövlət Universitetində (MDU) və Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunda (MDBƏİ) təhsil alan rusiyalı tələbələrin
böyük bir qrupu Azərbaycana gəlib.
Onlar qonaqpərvər Azərbaycana Heydər Əliyev Fondunun
vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB)
sədri Leyla Əliyevanın dəvəti ilə gəliblər. Tələbələrin Azərbaycana
belə səfərləri artıq hər il həyata keçirilən gözəl ənənəyə çevrilib
və bu, yeddinci səfərdir.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən
bildiriblər ki, avqustun 20-də nümayəndə heyətinin üzvləri
Rusiyanın Azərbaycandakı səfirliyində olub, səfir Vladimir
Doroxinlə görüşüblər.
Onların bir çoxu Rusiyanın müxtəlif nəşrləri ilə fəal əməkdaşlıq
etdiyindən söhbət səmimi və maraqlı keçib. V.Doroxinin
Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti mövzusunda qısa giriş
sözü əsl diskussiyaya səbəb olub. Tələbələr müxtəlif suallar
veriblər: Səfir iqtisadiyyat, siyasət, təhsil və mədəniyyət
sahələrində Rusiya-Azərbaycan münasibətlərinin perspektivlərini
necə qiymətləndirir? Rusiya diplomatları Azərbaycanda necə yaşayıb
işləyirlər? Rus dili Azərbaycanda özünü necə “hiss edir?”.
Azərbaycan rəhbərliyinin siyasətinə xas olan tolerantlıq və
multikulturalizm öz köklərini haradan götürür və s.
Hiss olunurdu ki, Rusiyadan gəlmiş gənclər hər şeylə maraqlanır və
cənub qonşularının uğurlarına sevinirlər. Azərbaycan gənclərinin
vəziyyəti və inkişafı mövzusu da diqqətdən kənarda qalmayıb.
V.Doroxin deyib: “Azərbaycanda rusiyalı həmvətənlərin və rus
dilinin vəziyyəti qanunla möhkəm müdafiə olunur. Mən sizin hamınıza
Azərbaycan dilini öyrənməyi, bu çox maraqlı ölkənin tarixini,
iqtisadiyyatını və mədəniyyətini tədqiq etməyi məsləhət
görərdim.
Nümayəndə heyətinin hansı prinsip üzrə formalaşdırıldığı barədə
səfirin sualına qonaqlar cavab veriblər ki, böyük müsabiqədən keçib
(1 yerə 7 nəfər), müstəqil surətdə ölkəşünaslıqla məşğul olub,
tematik esselər hazırlayıblar.
Görüşdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Valentin Denisov iştirak edib.
AzərTAc
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu