Qırmızı.az
İcra Hakimiyyəti Mingəçevirdə sakinlərin iddialarına aydınlıq gətirdi
Mingəçevir şəhərində Heydər Əliyev prospektindəki yataqxananın bir qrup sakini etiraz edib.
Publika.az xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti baş verənlərə aydınlıq gətirib.
İcra Hakimiyyəti sakinlərin şikayəti ilə əlaqədar bildiririk ki, vaxtilə Toxuculuq Kombinatının işçilərinin müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş yataqxana tipli bu binalar 2000-ci ildən etibarən İcra Hakimiyyətinin balansına verilibdir: “Cəmi 8 binadan ibarət olan yataqxanaların ümumi istifadə yerləri mütəmadi olaraq cari təmir edilir. Keçən müddət ərzində İcra Hakimiyyətinin vəsaiti hesabına binaların dam örtükləri, daxili kommunikasiya xətləri təmir olunub, məhəllə abadlaşdırılıb, səkiləri asfaltlanıbdır. Yataqxanaların əsaslı təmirinə vəsait ayrılması İcra Hakimiyyətinin imkanları xaricində olduğu üçün bu məqsədlə Dövlət İnvestisiya Proqramı çərçivəsində vəsait ayrılması ilə bağlı tərəfimizdən müvafiq yuxarı instansiyalara müraciət ünvanlanıb”.
İcra Hakimiyyəti sakinlərin işlə təmin olunmaq məsələsinə də münasibət bildirib.
“Qüvvədə olan qanunvericiliyə əsasən vətəndaş bu məqsədlə müvafiq ərazi üzrə Dövlət Məşğulluq Agentliyinin yerli filialına müraciət etməli, burada, onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi və səhhəti nəzərə alınmaqla növbəlilik əsasında işlə təminatı məsələsinə baxılacaqdır. Korrupsiya hallarına dair ittihamlarla bağlı bildiririk ki, əgər vətəndaş hər-hansı idarə, müəssisə və ya təşkilatda korrupsiya faktı aşkar edibsə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. İcra Hakimiyyəti belə halların qarşısının alınması və kimliyindən asılı olmayaraq pozuntuya yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmasının tərəfdarıdır. Vətəndaş Teymur Hümbətovun İcra Hakimiyyətinin başçısının işgüzar nüfuzuna xələl gətirən və süni şəkildə ictimai narazılığın yaradılması məqsədilə səsləndirdiyi böhtan xarakterli ifadələrlə bağlı sonuncu dəfə xəbərdarlıq edirik. Əgər bu kimi hallar təkrarlanarsa, İcra Hakimiyyəti məsələnin hüquqi müstəvidə həlli ilə bağlı müvafiq orqanlara müraciət edəcəkdir”, - açıqlamada qeyd olunur.
-
Yaxın Şərq11:33İranda rejim təşvişdə: Yeni etiraz dalğası başlayır?
-
Rəsmi xronika11:19İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərdi
-
Rəsmi xronika11:15Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır - VİDEO
-
İdman10:38Maradonanın əli ilə qol vurduğu o top görün neçə milyona satıldı - FOTO/VİDEO
-
Yaxın Şərq10:17İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
-
MDB09:42Lukaşenkodan ukraynalılara müraciət: Bu yol hər kəs üçün açıqdır
-
Sağlamlıq09:00Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki
-
Sosial08:24Dörd rayonda və Yasamalın bir sıra ərazilərində işıq olmayacaq









.jpg)






.jpg)















