Qırmızı.az
Vəkillər Kollegiyasının sədri nazirə təşəkkür etdi
"Mürəkkəb epidemioloji şəraitdə ən qısa zamanda vəkillər üçün pulsuz COVID-19 testlərinin verilməsinin təşkilinə, yeni tibbi müayinə məntəqəsinin yaradılmasına görə başda hörmətli cənab nazir Fikrət Məmmədov olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinə vəkillər adından bir daha minnətdarlığı bildirirəm".
Publika.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Sədr qeyd edib ki, hazırda dünyada və ölkəmizdə yoluxma sayı yüksəkdir: "Əhali ilə sıx təmasda olan bütün digər riskli peşə sahiblərində olduğu kimi, vəkillərimiz sırasında da yoluxanların sayı az deyil. Ədliyyə Nazirliyinin təşəbbüsü ilə vaxtında görülən tədbirlər nəticəsində son günlər virus aşkar olunan vəkillərimizə və müstəntiqlərə bu barədə məlumat verilib, yeni yoluxma hallarının qarşısı vaxtında alınıb. Eyni zamanda Ədliyyə Nazirliyinin Tibb Xidməti tərəfindən vəkillərlə bağlı məlumatlar Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vaxtaşırı göndərilir".
A. Bağırov vəkillərə də müraciət edib: "Bütün həmkarlardan bir daha karantin qaydalarına ciddi əməl etmələrini, özlərinin və yaxınlarının səhhətinə biganə qalmamağı, xəstəlik simptomları olduğu halda dərhal müayinə olunmağı artıq dərəcədə xahiş edirəm".
Qeyd edək ki, COVID-19 infeksiyasının aşkarlanması ilə bağlı vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb.
Müayinə məntəqəsi fevralın 14-dən etibarən Bakının Nərimanov rayonu, Müzəffər Nərimənov küçəsi 10 ünvanında (10 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığı) yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təlim Mərkəzində fəaliyyət göstərəcək.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin18 Oktyabr 20:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO








.jpg)
























