Qırmızı.az
Şaxtalı havada Bakıda 60-a yaxın insan zədə alıb - FOTOLAR
Ötən gün Bakıda 10 nəfərdən çox insan buzlu yollarda yıxılaraq
zədə alıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira
Vahidovanın Anspress-ə verdiyi məlumata görə, bu çağırışlar
müxtəlif yerlərdən gəlib.
Həmin çağırışlardan təxmini 5-6 nəfər buzlu yolda sürüşüb
yıxılaraq xəsarət alıb. Həyət evində yıxılaraq xəsarət alanlar da
var. Çağırışların çoxu qadınlarla bağlıdı”, - deyə Zemfira Vahidova
bildirib.
Şaxtalı hava ilə bağlı ən çox çağırış yanvarın 31-də olub. Həmin
gün 35 insan yıxılaraq travma alıb. Onların 29-u xəstəxanaya
yerləşdirilib. Yıxılanlardan 3-nə ilkin tibbi yardım göstərilib. 3
nəfər isə xəstəxanaya getməkdən imtina edib. Yolların buz bağlaması
nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son 3 gün ərzində -
yanvarın 31-i, fevralın 1-2-də 60-a yaxın müraciət daxil olub. Bu
müraciətlərin arasında buzlu payataxt yollarında baş verən
qəzalarda xəsarət alanlarla bağlı müraciətlər də var.
Zemfira Vahidova onu da əlavə edib ki, hazırda təcili yardımla
bağlı heç bir problem yoxdu. Hazırda təcili yardım stansiyasının
xüsusi təyinatlı maşınları xidmət göstərir. Həmin avtomobillər qış
rejiminə tam hazırdı.
“İstənilən vaxt təcili yardımla bağlı xidmət göstərməyə hazırıq”, - deyə Zemfira Vahidova əlavə edib.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi