Qırmızı.az
Həmkəndlisini döyərək öldürdü
Qax rayon sakini həmkəndlisini döyərək
öldürüb.
Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün
axşam saatlarında rayonun Qaşqaçay kəndinin girəcəyindəki
yeməkxanada baş verib.
1977-ci il təvəllüdlü, Qax rayonunun Qaşqaçay kənd sakini Aydın İsa
oğlu Babayevlə həmkəndlisi 1970-ci il təvəllüdlü Azad İsa oğlu
Əmrahov birlikdə spirtli içki qəbul edərək yemək yeyiblər. Sonra
isə onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
İki həmkəndli arasında baş qaldıran mübahisə sonradan əlbəyaxa
davaya çevrilib.
İlkin məlumata görə, Aydın Babayevin zərbələrinə dözə bilməyən Azad
Əmrahov aldığı zərblərin gücündən hadisə yerində ölüb. Hadisəni
törədən Aydın Babayev isə hadisə yerindən qaçıb. Hazırda Qax Rayon
Polis Şöbəsinin əməkdaşları Aydın Babayevin tutularaq istintaqa
təhvil verilməsi istiqamətində axtarış-əməliyyat tədbirləri aparır.
/anspress.com/
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?