Qırmızı.az
1 nəfərdə “ağıllı” saat aşkarlanıb, bir neçə abituriyent sənədlərini unudub - DİM
30 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
DİM-dən Publika.az-a verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 107 imtahan binası, 1919 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 107 ümumi imtahan rəhbəri, 317 imtahan rəhbəri, 2345 nəzarətçi-müəllim, 231 buraxılışı rejimi əməkdaşı (mühafizə), 107 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 24864 şagirdin iştirakı gözlənilirdi. İmtahanda 9 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İlkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. Sabah keçiriləcək imtahan iştirakçılarına bir daha sənədləri ilə diqqətli olmağı və onları qaydasına salmağı tövsiyə edirik.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə































