Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - Foto
Bizi izləyin

Sosial

Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - Foto

Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - Foto

Biləsuvarda şəhid Ziyarət Hüseynovun qardaşı Vüqarla şəhid Zöhrab Kərimovun bacısı Günel ailə həyatı qurublar.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun şadlıq saraylarından birində keçirilən məclisdə şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və ölkəmizin müxtəlif bölgələrindən gələn qonaqlar bir araya gələrək şəhidlərimizin doğmalarına mənəvi dəstək olub, onlara sevinc dolu anlar yaşadıblar.

Bu əlamətdar gündə iştirak edənlər gənclərin xoşbəxtliyinə şərik olub, onlara uzunömürlü, sevgi və səadət dolu ailə həyatı arzulayıblar.

Qeyd edək ki, hər iki şəhidimiz 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olublar.

Fotoda: Şəhid Ziyarət Hüseynov

Fotoda: Şəhid Zöhrab Kərimov







Oxumağa davam et
Reklam
Reklam

Gündəm