Qırmızı.az
“TEKNOFEST Azərbaycan” festivalı ziyarətçi qeydiyyatına start verir
“Baku Crystal Hall” və Dənizkənarı bulvar 4 gün boyunca “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalını canlı izləmək istəyən ziyarətçilərə zəngin proqram və maraqlı müsabiqələr vəd edir.
Medianın İnkişafı Agentliyindən Publika.az-a bildirilib ki, mayın 26-dan 29-dək Bakıda keçiriləcək regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan”da ziyarətçi olaraq iştirak etmək istəyən vətəndaşlar üçün qeydiyyat prosesinə başlanılır. İştirak üçün https://iticket.az/events/teknofest elektron səhifəsi üzərindən qeydiyyatdan keçərək bilet əldə etmək tələb olunur.
Qeyd edək ki, festivala giriş biletinin əldə olunması hər bir Azərbaycan vətəndaşı üçün əlçatan və ödənişsizdir. 4 gün boyunca davam edəcək festivalda bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkün olacaq. Ziyarətçilər əldə etdiyi biletin üzərində qeyd olunmuş tarixdə festivala giriş imkanı əldə edəcəklər.
Bununla yanaşı, festivalın açıq ərazisində təşkil olunan sərgi və pavilyonlara baş çəkmək üçün ziyarətçilərdən COVID-19 sertifikatı tələb olunmur. Qapalı məkanlarda keçirilən tədbirləri canlı izləmək üçün mütləq qaydada COVID-19 vaksin və ya immunitet sertifikatı təqdim edilməlidir.
Festivalda 5 yaşından yuxarı uşaqların iştirakına icazə verilir. 7 yaşdan yuxarı olan uşaqların girişi üçün bilet tələb olunacaq.
Festivalı ziyarət etmək istəyən əcnəbi vətəndaşlar da yuxarıda qeyd olunan qeydiyyat prosesi və müvafiq qaydalar üzrə ödənişsiz bilet əldə edə biləcəklər.
Tədbir zamanı “28 May” metrostansiyasının yaxınlığından tədbirin keçiriləcəyi əraziyə saat 08.00-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası ödənişsiz avtobus xidməti təşkil olunacaq. Avtobuslara daxil olarkən dispetçerlər tərəfindən biletlərin QC yoxlanılaraq sərnişinlərə giriş imkanı yaradılacaq.
Həmçinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, “Park Inn” oteli, “İnterContinental” oteli, “Courtyard by Marriot Baku” oteli, Atletlər kəndi, “28 May” metrostansiyası və Dövlət Bayrağı Meydanı ünvanlarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Taksi Xidmətinin dayanacaqları fəaliyyət göstərəcək.
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi






























.jpg)



.jpg)

