Qırmızı.az
"Ebola" virusu daha bir ölkədə yayıldı
"Ebola" virusuna yoluxma halı daha bir Afrika ölkəsində
Seneqalda qeydə alınıb.
ANS PRESS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi
məlumat yayıb. Xəstəlik Seneqala səfər edən Qvineya vətəndaşında
tapılıb. Seneqal ölümcül Ebola qızdırmasının qeydə alındığı sayca
5-ci Afrika ölkəsidir.
Dekabr ayında Qərbi Afrikada qeydə alınmış epidemiyanın episentri
qonşu ölkələr Qvineya, Syera Leon və Liberiya sayılır.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, artıq bu dəhşətli
xəstəlikdən 500-dən çox insan dünyasını dəyişib, 3 minə yaxın insan
virus daşıyıcısıdır. Təşkilatın ehtimallarına görə, simptomları
kəskin maliyariya bənzəyən bu xəstəliyə yaxın zamanda 20 min insan
yoluxa bilər.
ABŞ Xəstəliklərə Nəzarər və Profilaktika Mərkəzinin direktoru Tom
Fridenin sözlərinə görə, Ebola virusunun qarşısı indi alınmasa
bütün dünya uzun illər onunla mübarizə aparmalı olacaq.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi