Qırmızı.az
Komitə sədri: "Yas mərasimlərində israfa yol verilməməlidir"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yas mərasimlərinin dəbdəbəli keçirilməsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, M. Qurbanlı jurnalistlərə bildirib ki, yas mərasimləri ilə bağlı Azərbaycanın adət-ənənəsi mövcuddur, amma onlar ehkam deyil.
"Adət-ənənələr də zamana uyğun olaraq dəyişikliyə məruz qalır və bu da təbii prosesdir. Bunlar dinimizin tələblərinə uyğun edilməlidir, eyni zamanda, yas mərasimlərində hansısa təmtəraq və israfçılığa yol verilməməlidir".
Komitə sədri vurğulayıb ki, yas mərasimlərinin keçirilmsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvası var.
"Bizim komitənin də bununla bağlı tövsiyəsi var. Həmin tövsiyəyə əsasən, yas mərasimlərində isarafa yol verilməməlidir, həm də dinimizin tələbləri yerinə yetirilməldir. Bir çox rayaonlarda bu tövsiyələrə əməl edilir, Bakıda da bir müddətdir ki, yas mərasimlərinin keçirilməsində dəyişiklik edilib. Bu məsələ ictimaiyyətin və medainın diqqət mərkəzindədir. Mən əminəm ki, ictimaiyyət də, media da bu yöndə düzgün təbliğat aparacaq və biz yas mərasimlərini həm milli adət-ənənlərə uyğun, həm də hansısa israfçılığa yol vermədən keçirməyə nail olacağıq".
Gülxar
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi