Qırmızı.az
Zabitlərin təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib
Sentyabrın 1-də şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunun ilk buraxılışına həsr olunmuş mərasim keçirilib.
Müdafiə nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlcə mərasim iştirakçıları Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını, Birinci və İkinci Şəhidlər Xiyabanlarında uyuyan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Hərb Tarixi Muzeyində təkmilləşdirmə kursunu bitirən
zabitlərə sertifikatların təqdim olunması mərasimi ümummilli lider
Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə
həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi ilə başlayıb.
Dövlət himninin ifası ilə başlanan mərasimi Mənəvi-Psixoloji
Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini
polkovnik Abdulla Qurbani açıq elan edərək proqramı tədbir
iştirakçılarının nəzərinə çatdırıb.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə
Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov təkmilləşdirmə
kursunun məzunlarını Müdafiə Nazirliyinin rəhbərliyi adından
salamlayaraq üç gün öncə Müdafiə naziri general-polkovnik Zakir
Həsənovun məzunlarla görüşünü əhəmiyyətli və yaddaqalan bir hadisə
kimi dəyərləndirib.
İdarə rəisi qeyd edib ki, gənc zabitlər təkmilləşdirmə kursunda
hərbi pedaqogika və psixologiya, hüquq və beynəlxalq münasibətlər,
hərbi diplomatiya, taktika, mühəndis hazırlığı, hərbi topoqrafiya,
atəş hazırlığı, dövlət sirlərinin mühafizəsi və hərbi qulluqçular
arasında təlim-tərbiyə işinin müasir üsulları, o cümlədən kütləvi
informasiya vasitələri ilə işləmək və münasibətləri necə qurmaq
mövzularında məruzələr dinləyib, bilik və təcrübəyə
yiyələniblər.
Sonda idarə rəisi əminliklə bildirib ki, şəxsi heyətlə iş üzrə
zabitlərin təkmilləşdirmə kursunun ilk məzunları Azərbaycan
Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev və Müdafiə Nazirliyi rəhbərliyinin qarşıya
qoyduğu əmr, göstəriş və tələbləri yerinə yetirmək üçün səylərini
əsirgəməyəcəklər.
Buraxılış mərasimi ilk məzunlara sertifikatların təqdim olunması
ilə başa çatıb.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq