Sabunçuda yanğın: bir nəfər zəhərləndi
Bizi izləyin

Qırmızı.az

Sabunçuda yanğın: bir nəfər zəhərləndi

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan iki otaqlı mənzilin mətbəx mebeli 2 kv.m sahədə yanıb, yüksək temperaturdan soyuducu əriyib.

Axar.az xəbər verir ki, yanğınsöndürənlər tərəfindən 1 nəfər tüstüdən zəhərlənmiş halda mənzildən çıxarılıb və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İmişli rayonu, Qızılkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin qamışdan ibarət dam örtüyü 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm