Qırmızı.az
Azərbaycanın Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlandı
“Dövlət qulluğunda hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi”nin layihəsi hazırlanıb”.
Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
M.Abbaszadə qeyd edib ki, məcəllə layihəsi təkliflərin təqdim edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, habelə Milli Məclisə, Hesablama Palatasına, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməsinə, Apellyasiya məhkəmələrinə, Baş Prokurorluğa, İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilib. Həmin qurumlardan təqdim olunan təkliflər öyrənilib, yenidən işlənilib və Nazirlər Kabinetinə təqdim edilib:
“Məcəllə” layihəsində dövlət qulluğu münasibətlərini tənzimləyən müxtəlif normativ hüquqi aktlar sistemləşdirilərək yenidən işlənib və beynəlxalq təcrübə nəzərə alınaraq, yeni müddəalar həmin məcəllə layihəsinə əlavə edilib. Məcəllə layihəsinə dair beynəlxalq ekspertlərin rəyi nəzərə alınıb.
“Məcəllə” layihəsi 7 bölmə, 26 fəsil, 147 maddədən ibarətdir. Layihədə dövlət qulluğu münasibətlərini tənzimləyən bir çox yeni müddəalar öz əksini tapıb. Belə ki, dövlət qulluğuna dair əsas anlayışlar, vahid dövlət qulluğu sistemi, dövlət qulluğunun prinsipləri, ixtisas dərəcəsinin verilməsi, dövlət qulluğuna qəbul, səriştə sisteminin tətbiqi, dövlət qulluğu vəzifələlərinin tutulmasının ümumi şərtləri, xidməti fəaliyyətin qiymətləndirilməsi, qiymətləndirilmə nəticəsində tətbiq edilən tədbirlər, intizam tənbehi tədbirlərinin tətbiqinə əsaslar, dövlət qulluqçusunun maddi məsulliyyəti, həvəsləndirmə növləri və formaları, dövlət qulluğundan kənar edilmə halları və qaydaları, onun rəsmiləşdirilməsi təkmilləşdirilib.
Bununla yanaşı, ehtiyat kadrların idarə edilməsi, ehtiyat kadrlar siyahısından çıxarılma, dövlət qulluğuna xitam verilmə əsasları və qaydaları, dövlət qulluğuna xitam verilərkən təminatlar, dövlət qulluqçusunun pensiya təminatı, dövlət qulluqçusu ilə bağlanılan əmək müqavilələrinin və əmrlərin sənədləşdirilməsinin uçotu qaydaları, dövlət qulluqçusunun qulluq şəraiti, dövlət qulluqçusunun əlavə təhsili, dövlət qulluğunda etik qaydalar, həmin qaydalara nəzarət, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət və s. məsələlər yenidən işlənilib. Həmin məsələləri tənzimləyən yeni müddəalar da yaradılmış, mövcud normalar təhlil edilərək daha da təkmilləşdirilib”.
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ4 Noyabr 19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ


































