Qırmızı.az
"Oazis" davasındakı tərəflər barışıq üçün görüşdü – Video
Oazis” restoranında baş verən davada xəsarət alan Zaur Əsgərovun atası Mahir Əsgərov restoran rəhbəri hacı Mirtalib Miri oğlu ilə barışıq üçün restorana gəlib.
Bu barədə Axar.az-a restoran sahibi hacı Mirtalib Miri oğlu məlumat verib.
“Oazis”in sahibi Mirtalib Miri oğlu restorandakı davada xəsarət alan Zaur Əsgərovun atası Mahir Əsgərovun üzrxahlıq etdiyini bildirib:
“Mahir kişi mənə dedi ki, oğlum və ailəsi məni dinləmədi. Olan olub, keçən-keçib. Hal-hazırda barışmaq, dostlaşmaq lazımdır”.
Restoran sahibi artıq problemin həll olunduğunu, Mahir Əsgərovun barışıq təklifinə müsbət cavab verdiyini bildirib.
Mirtalib Miri oğlu 3 əməkdaşının saxlanılması ilə bağlı isə qeyd etdi ki, ayın 8-i istintaq işi yekunlaşır və onların sərbəst buraxılması gözlənilir.
Xatırladaq ki, Baş Prokurorluğun bu gün yaydığı məlumatda sentyabrın 2-də, saat 02 radələrində paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Oazis” restoranında müştərilərlə restoranın işçiləri arasında ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə bağlı cinayət işi başlandığı bildirilib. Abdullayev Ravid Yusif oğlu, restoranda mühafizəçi işləyən Məmmədov Camal Mahir oğlu və ofisiant Adıgözəlov Kənan Mehman oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ