Qırmızı.az
Xırdalandakı bina uçqunu altında bir uşağın meyiti qalıb - 11 nəfər çıxarılıb
Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış
beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar
axtarış-xilasetmə işləri davam etdirilir. Hal-hazırki vaxta qədər
xəsarət almış 9 nəfər və vəfat etmiş 2 nəfərin meyiti xilasedicilər
tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil
verilib.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar
Mirzəyev jurnalistlərə bildirib ki, dağıntılar altından 2 kişi, 3
qadın və 6 uşaq olmaq 11 nəfər çıxarılıb:
Dağıntılar altından çıxarılanlardan 1 kişi və 1 qadın dünyasını
dəyişib. Hazırda bir uşağın axtarışı davam edir.
E.Mirzəyev deyib ki, ilkin ehtimala görə, partlayış 2-ci mərtəbədə
qaz sızmasından baş verib.
Hadisə yerində olan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov isə deyib ki, olay
nəticəsində mənzili dağılan 3 ailənin ev problemi artıq həll
olunub.
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ