Qırmızı.az
Baş nazirdən mədəni sərvətlərlə bağlı qadağa
Baş nazir Artur Rasizadə "Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərar verib.
Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib. Qərarda qeyd olunur ki, şəxslər tərəfindən mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və ya tranziti həyata keçirildikdə, onlar mədəni sərvətləri başqalarının istifadəsinə, sahibliyinə və ya sərəncamına verə bilməzlər.
Mədəni sərvətlər barəsində qanunsuz idxal, ixrac və ya tranzit
əməliyyatlarının həyata keçirildiyini bilən və ya bilməli olan
şəxslər tərəfindən onların əldə edilməsi qadağandır.
Qərarda ixracı qadağan edilən mədəni sərvətlər də öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlərin Azərbaycan ərazisindən ixracı qadağandır. 100 il əvvəl yaradılmış kitabələri, əlyazmaları, sikkələri, oyma möhürləri, qədim musiqi alətlərini və mebel əşyalarını Azərbaycan Respublikasının ərazisinə gətirmiş fiziki və ya hüquqi şəxslər onları bu qaydanın tələblərinə riayət etməklə Azərbaycan ərazisindən aparmaq hüququna malikdirlər. Mədəni sərvətlərin ixracı bu barədə Mədəniyyət və Turizm Nazirliyinin qərarından sonra həyata keçirilir. Mədəni sərvətlərin ixrac edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciət edilməlidir.
Qərara əsasən, ixrac olunması nəzərdə tutulan mədəni sərvətlər
ekspertizadan keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən müəyyən edilmiş müddətdə şəxsin mədəni sərvətlərin
ekspertizaya təqdim olunmasından imtina etməsi onun tərəfindən
mədəni sərvətlərin ixrac olunmasından imtina kimi qəbul
ediləcək.
Ekspertiza Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey, arxiv,
kitabxana, restavrasiya və ya elmi tədqiqat təşkilatlarının, habelə
həmin Nazirliyin mülki hüquqi müqavilə əsasında cəlb etdiyi digər
mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək. Qərarda o da qeyd
olunur ki, idxal olunan mədəni sərvətlər üzərində gömrük nəzarəti
Gömrük Məcəlləsinə uyğun həyata keçiriləcək, habelə onların
Mədəniyyət və Turizm Nazirliyində uçotu aparılacaq. Ekspertizanın
nəticələrinə əsasən, mədəni sərvətin dövlət və ya bələdiyyə
muzeylərinə, arxivlərinə və ya kitabxana fondlarına götürülməsi
barədə qərarın qəbul edilməsindən sonra Nazirliyin mülkiyyətçidən
mədəni sərvəti onun dəyərini müəyyən edən sənədində göstərilən
qiymətə satın almaq hüququ var. Mədəniyyət və Turizm Nazirliyi
mədəni sərvətin dəyərini müəyyən edən sənəddə göstərilən məbləği
tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müddətdə
ödəyəcək.
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü