Qırmızı.az
Polis işləmək istəyənlərin nəzərinə!
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri üzrə vakant sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqə elan edir.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, DİN Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan 95 sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən (qadınlar 170 santimetrdən) hündür, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarını dəvət edir.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcək.
Xidmətə qəbul olunmaq istəyən şəxslər 2014-cü il oktyabrın 10-dək, iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Azərbaycan prospekti, 5, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçası (olanlar üçün).
Gülnar Əliyeva
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?