Qırmızı.az
YAP Gənclər Birliyi yeni layihəyə start verib (FOTO)
Bu gün YAP Gənclər Birliyinin ofisində "Ekologiyasız Həyat Yoxdur" adlı layihənin açılışı keçirilib.
İlk çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov layihə iştirakçılarını salamlayaraq layihənin uğurlu olacağını gənclərin diqqətinə çatdırıb: "YAP GB-nin ofisində hər dəfə məhz gənclərimiz üçün maraqlı layihələr təşkil edirik və bu da gənclərimizin maarifləndirilməsinə müsbət töhvə verir".
Daha sonra ekspert Ramil Nəzərov "İSO 14001 Ətraf mühitin mühafizəsi və ona təsir edən amillər" mövzusu ətrafında gənclərlə müzakirə aparıb.
Qeyd edək ki, təlimin ikinci günü 11 sentyabr tarixində davam edəcək. 12 sentyabr tarixində gənclər üçün ekoloji tur təşkil ediləcək.
Məlumat üçün bildirək ki, Layihə "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının 11-ci bəndindəki "Ətraf mühitin qorunması və ekologiya məsələləri"ni əsas tutaraq icra ediləcək. Məhz buna görə də YAP Gənclər Birliyi sentyabr ayını "Ekologiya ayı" elan edərək ekoloji layihələr həyata keçirəcək. Bir ay boyunca hər həftənin 5-ci günü təlimlər və 6-cı günü isə ekoloji turlar təşkil ediləcək. Sentyabrın 30-na qədər davam edən layihə çərçivəsində iştirak edən gənclər sonda bağlanış mərasimində sertifikatla təltif olunacaqlar. Layihənin sonunda videçarx da hazırlanacaq.
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?