Qırmızı.az
Bakı müəllimlərinin əmək haqqı artırılacaq
"Bakıda növbəti maliyyə ilində sınaq qiymətləndirilməsindən keçmiş hər bir müəllim bunun nəticələrini özünün əməkhaqqında hiss edəcək. Sınaq qiymətləndirilməsi keçirilməyən regionlarda müəllimlərin əməkhaqlarının artırılması məsələsi gündəmdə olmayacaq". Trend xəbər verir ki, bunu Bakı şəhərinin təhsil işçilərinin sentyabr konfransında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, məktəb direktorunun vəzifələrindən biri məktəbdə dərs yükü bölgüsünün aparılması və optimallaşdırılmasına çalışmasıdır, lakin hazırkı mənzərə fərqlidir: "Belə ki, bir çox müəllimlərin dərs yükü 1 stavkadan da aşağıdır. Belə olan halda əməkhaqqının artırılmasının nə faydası? Ona görə də biz onun tərəfdarıyıq ki, əvvəlcədən dərs yükü optimallaşdırılsın, reallığı əks etdirsin. Bunun ardınca dərs saatının pul dəyəri qalxsın. Sınaq qiymətləndirilmə bununla bağlı ilk addım idi".
Artıq Bakıda müəllimlərin sınaq qiymətləndirilməsinin başa çatdığını deyən nazirin sözlərinə görə, sınaq qiymətlədirilmədə müəllimlərin 14 faizi aşağı, 64 faizi qənaətbəxş, 18 faizi isə yüksək nəticə toplayıb. Bu nəticələti çox vacib sayan M.Cabbarov bildirib ki, hər bir müəllimin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq qərarların qəbul olunması üçün bu nəticələr çox vacibdir: " Məsələn, dərs bölgüsü, sinif rəhbərliyi, müəllimlərin vəzifədə irəli çəkilməsi kimi məsələlərdə sınaq qiymətləndirilmənin nəticələri nəzərə alına bilər. Hesab edirəm ki, nəzərə alınmalıdır”.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi