Qırmızı.az
Son 10 il ərzində 2900 məktəb tikilib və təmir edilib
Növbəti tədris ili üzrə IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək.
Həmin dərsliklər 2016-2017–ci dərs ilində tətbiq
olunacaq.
Publika.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin yeni tədris ilində həyata keçiriləcək islahatlarla bağlı yaydığı məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, ümumtəhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunacaq.
Yeni tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbinin 15 sinfində pilot olaraq “Sağlam təhsil sinfi” fəaliyyət göstərir.
Növbəti dərs ili üzrə VIII sinif dərsliklərinin hazırlanması üzrə tender bir il əvvəl elan edilib. Tender proseduru üzrə dərsliklərin qəbulu bu il oktyabrın sonunda başa çatır. Təqdim edilən dərslik maketləri noyabr–dekabr aylarında qiymətləndiriləcək. Qalib elan edilən dərsliklər məhdud sayda çap edilərək 2015–ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alındıqdan sonra çap edillib dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaq.
2015-2016-cı tədris ilindən ölkəmizin 50-dək ümumi təhsil müəssisəsində yeni tipli valideyn-müəllim komitəsinin formalaşdırılması nəzərdə tutulur.
Bu tədris ilində şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində zəruri tədbirlərin planlaşdırılıb həyata keçirilməsi, onların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisinin yaxşılaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı iş aparılacaq.
Ölkə başçısının Təhsil Nazirliyinin strukturunun
təkmilləşdirilməsi haqqında imzaladığı sərəncama əsasən, Regional
Təhsil idarələri gələn il yanvarın 1-dən fəaliyyətə başlayacaq. Bu
sərəncam idarəetmə sahəsində aparılacaq islahatların
başlanğıcıdır.
Nazirliyin yaydığı məlumatda həmçinin son 10 il ərzində
Azərbaycanda 2900 məktəb tikilib və təmir edildiyi bildirilib. Son
30 ildə ilk dəfə olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinə 11
təlim avtomobili, 30 adda 37 ədəd müasir kənd təsərrüfatı
texnikası, əyani və texniki təlim vasitələri verilib.
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ