Qırmızı.az
Nişan və sünnət toylarından imtina olunur? - Şadlıq evlərinə xəbərdarlıq
Yas və toy mərasimlərinin ciddi müzakirə obyekti olduğu,
israfçılıq əleyhinə çıxışların tez-tez səsləndirildiyi bu günlərdə
Modern.az saytı maraqlı məlumat əldə edib. Belə
ki, əldə etdiyimiz məlumatda bildirilir ki, bir-ik gündür Bakıdakı
şadlıq evi və restoranlara qeyri-rəsmi olaraq göstəriş verilib ki,
bundan sonra təmtəraqlı nişan mərasimləri və sünnət toylarının
keçirilməsindən imtina esinlər.
Bunu Modern.az-a paytaxtdakı şadlıq evlərinindən birinin adının
çəkilməməsini istəyən administratoru bildirib. Qeyri-rəsmi
göstərişin yuxarılardan gəldiyi bildirilsə də, konkret ünvan
göstərilməyib. Artıq paytaxtdakı şadlıq evləri və restoranların
sünnət toyları, ad günləri, nişan mərasimlərndən imtina etdikləri
söylənilir.
Qeyd edək ki, son vaxtlar şadlıq evləri və restoranlar təkcə kiçik
və böyük toy məclislərinin deyil, nişan, ad günləri, hətta elçilik
mərasimlərinin keçirldiyi məkanlara çevirilib. Bu məsələdə yalnız
həmin obyektlər ittiham olunur, halbuki təmtəraqlı ad günləri,
nişan və elçilik mərasimləri düzənləyən bəzi imkanlı
azərbaycanlılar da ictimai qınaq obyekti olmalıdırlar.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov deyib
ki, ictimai qınağın toy mərasimlərinə də şamil olunmasını
istəyir.
“Bunun üçün mətbuatın xüsusi rolu olmalıdır. Bu gün toylarda baş verən israfçılıq yas mərasimlərimizdəkindən dəfələrlə çoxdur. İstər imkanlı, istərsə də imkansız adamların stollarının üstünə eyni tərtib olunmuş menyülər düzülür. 6-7 cür salat, 10 cür soyuq qəlyanaltı, vaxtı keçmiş, müxtəlif bakteriyalar mənbəyi olan qidalar və bu qidalardan zəhərlənmə təhlükəsinin çox olması dəhşətli bir səhnəni ortaya qoyur. Bu, sağlamlığa ciddi zərbə vurmaqla, işbazların ciblərinin dolmasına kömək etməklə yanaşı, toydan sonra xoşbəxtlik əvəzinə, həmin ailələrin borca düşməsinə səbəb olur. İctimai qınaq nəticəsində yeni bir forma tapılmalıdır. İnsanlar şüurlu surətdə başa düşməlidirlər ki, bunu edərkən digər birinin qarşısında öz zənginliyini göstərdiyini zənn edirsə, əksinə, cəmiyyətdə daha da pis qarşılanır”.
Deputatın sözlərinə görə, Milli Məclisin payız sessiyasında bu
məsələ qaldırıla bilər.
“Mənə elə gəlir ki, yas mərasimlərində olduğu kimi, toylardakı
israfçılığın da qarşısını almaq üçün çıxış yolu tapılacaq”.
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO