Qırmızı.az
Sahibkarlara xoş xəbər
Bundan sonra Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən heç bir təşkilat hər hansı bir sahibkarın, iş adamının fəaliyyətini yoxlaya bilməyəcək. Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov komitənin bu gün keçirilən iclasında bildirib.
Millət vəkili qeyd edib ki, belə bir məqam “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun qəbulundan irəli gələrək xeyli sayda qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb: "Həmin dəyişikliyə əsasən, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən heç bir qurum, heç bir təşkilat bundan sonra sahibkarları, iş adamlarını yoxlaya bilməyəcək. Yoxlama aparmaq üçün onlar mütləq Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli olacaqlar. Bu, olduqca müsbət və əhəmiyyətli addımdır".
Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun qəbulu ilə bağlı "Sahibkarlıq fəaliyyəti haqqında", "Qiymətli kağızlar haqqında", "İnvestisiya fondları haqqında" və sair qanunlara dəyişikliyin ediləcəyi gözlənilir.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq