Qırmızı.az
Akif Əlizadə gənc alimlərlə bağlı sərəncam imzalayıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 17 gənc alim və mütəxəssisi doktorantura və elmi-tədqiqat işinə dair ixtisasartırma təhsili almaq üçün Avropanın elmi mərkəzlərinə göndərilir.
Publika.az-ın məlumatına görə, bu barədə AMEA-nın prezidenti, akademik Akif Əlizadə sərəncam imzalayıb. Gənclərin xaricə göndərilməsi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.
Sözügedən gənclər AMEA Rəyasət Heyəti tərəfindən keçirilən müsabiqə
yolu ilə müəyyənləşdirilib və onların xaricdə təhsilinin
maliyyələşdirilməsi imkanları hazırda Təhsil Nazirliyi ilə müzakirə
olunur. Təhsil müddəti akademiyanın razılığı əsasında və nazirliklə
bağlanan müqaviləyə görə müəyyənləşdiriləcək.
Gənclər bir çox Avropa ölkələri, o cümlədən Rusiya və Türkiyənin
tanınmış universitet, elmi tədqiqat mərkəzi, müəssisə və
təşkilatlarını sərbəst şəkildə seçiblər.
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO