Qırmızı.az
Dəmir yolunda qəza: 1 yük vaqonu aşdı, digəri relsdən çıxdı
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin 2014-cü ildə MM tədbirlər planına müvafiq olaraq mülki müdafiə təlimi kecirilib.
Cəmiyyətin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
təlim “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması
zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi”
mövzusunda kecirilib.
Hazırlıq işlər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun şəxsi nəzarətilə həyata keçirilib.
Təlimdə Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri iştirak edib.
İmişli qovşağının ərazisində keçirilən kompleks təlim həyəcan
siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər qovşaq Mülki
Müdafiə Qərargahı rəhbərinin yanında toplanıblar. Qovşaq rəhbəri,
stansiyasının rəisi Nizami Məmmədov məlumat verib ki, şərti olaraq
səhər saatlarında baş verən zəlzələ nəticəsində bir yük vaqonu
aşıb. bir yük vaqonu isə relsdən düşüb, xəsarət alanlar var.
Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması
üçün MM qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana
biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri
dəqiqləşdirilib. İctimai asayişi mühafizə manqası ərazini dərhal
çəpərlədi və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil
olmaması üçün tədbirlər gördülər. Səsgücləndirici vasitəsi ilə 1-2
dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilib.
Təlimdə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişin müavini Bülbül Məmmədov, Yük daşımaları Departametinin texniki şöbəsinin rəisi Mətləb Zeynalov və stansiyanın rəhbər işçiləri iştirak ediblər.
Gülxar
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO