Qırmızı.az
Ginekoloqdan əxlaqsız hərəkət: xəstəsinə təcavüz etdi
Türkiyədə məhkəmə xəstəyə təcavüz etdiyi üçün həkimə 10 il həbsə cəzası verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Vaginusmus” xəstəliyi müalicəsi üzrə tanınmış həkimlərdən olan Yılmaz Cenk Kiper təcavüzdə ittiham olunub.
Ginekoloq Yılmaz xəstəsi Ö.A.G-ya müayinə əsnasında təcavüz etdiyi iddiası ilə 1 il əvvəl həbs olunub. Qadın 4 ildir evli olduğu həyat yoldaşı ilə cinsi əlaqədə yaşadığı problemlə bağlı ginekoloqa müraciət edib. O, getdiyi həkimin müayinəsində 3 seansda hipnoz ilə təcavüzə məruz qaldığını iddia edib.
Prokuror bildirib ki, aparılan araşdırma əsnasında toplanan dəlillərlə zərərçəkmişin iddia etdiyi kimi hipnoz vəziyyətinin olmadığı qəti olaraq sübut olunub.
Ötən gün Ağır Cəza Məhkəməsində keçirilən məhkəmədə hər iki tərəfi vəkilləri təmsil edib. Məhkəmə şübhəli Yılmaz Cenk Kiperin şikayətçi Ö.A.G-yə təcavüz etdiyi qərarını verərək onu 10 il həbs cəzasına məhkum edib.
Şübhəli həkim Yılmaz Cenk Kiper məhkəmədə verdiyi ifadəsində deyib:
"Başa düşdüyüm qədəri ilə şikayətçinin zərərçəkmiş olmasının səbəbi mən deyiləm. Zərərçəkmiş xəstədir. Onu alçaltmaq üçün söyləmirəm. Ortada konkret bir dəlil yoxdur. Zərərçəkmiş “vaginusmus” xəstəsi olub. İllərdir hər an bir başqasının təcavüzünə uğrayacağını inanan biridir. Şikayətçinin bu təcavüz hadisəsini hazırladığını düşünürəm" deyib.
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Sosial19:15
Cəsarət Valehova yeni vəzifə verildi? - YENİLƏNDİ
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi