Qırmızı.az
Müdafiə naziri Zakir Həsənov türkiyəli qonaqları qəbul edib
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Akademiyasının rəisini və "Roketsan" şirkətinin nümayəndə heyətini qəbul edib.
Publika.az-ın məlumatına görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Akademiyasının rəisi briqada generalı Recep Sami Özatakı və "Roketsan" şirkətinin baş direktoru cənab Selçuk Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi-texniki əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.
General-polkovnik Zakir Həsənov regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyətindən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyini qeyd edib.
Qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyindən danışıblar.
Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi