Qırmızı.az
Saxta diplom verilməsi faktı ilə bağlı cinayət işi açılıb
Gəncə Dövlət Universitetindən Rüfət Şərifovun adına verilmiş diplomun saxta olması barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindənə Publika.az-a verilən
məlumata görə, araşdırma zamanı Azərbaycan Dövlət İqtisad
Universitetinin məzunu Rüfət Şərifovun birinci ali təhsili haqqında
2009-cu ildə Gəncə Dövlət Universitetini bitirməsinə dair
diplomunun dövlət nümunəli olmadığı, o cümlədən Bakı şəhər sakini
Nərgiz Məmmədovanın 2007-ci ildə R.Şərifovun Azərbaycan Dövlət
İqtisad Universitetinə qəbul etdirilməsi adı altında sonuncunun
anasından 23.0 min manat məbləğində pul almasında şübhələr üçün
əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və
320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri,
ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya
saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi
başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi