Qənirə Paşayeva Hindistan Universitetində Qarabağ həqiqətlərindən danışıb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Hindistan Universitetində Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva Hindistan Universitetində Qarabağ həqiqətlərindən danışıb.

Hindistanın paytaxtı Dehli şəhərində Jamia Millia İslamia Universitetində çıxışı zamanı millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Qarabağ probleminə xüsusi yer ayırıb. Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi torpaqlarda apardığı etnik təmizləmə siyasəti, tarixi, dini, mədəni abidələri dağıtması, Xocalı soyqırımı, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi barədə məlumatlar verən millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva Jamia Millia İslamia Universitetində çıxışı, görüş və söhbətləri zamanı bildirib ki, Ermənilərin törətdiyi Xocalı Soyqırımı yalnız bütün azərbaycanlılara qarşı bir soyqırım deyil, bütün insanlıq əleyhinə bir cinayətdir və dinindən, milliyyətindən asılı olmayaraq dünyada barış və sülh, ədalət tərəfində olan hər kəs Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə danışaraq, deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada ədalətin yanında olan insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Hindistanda insanların Azərbaycan tarixi, mədəniyyəti ilə bərabər Qarabağ həqiqətləri ilə də bağlı daha geniş məlumatlandırılmasına böyük ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu istiqamətdə Hindistanın mərkəzi universitetlərindən biri olan Jamia Millia İslamia Universitetinin böyük rol oynaya biləcəyii və bu dəstəyə ehtiyac olduğunu vurğulayıb. Universitetin İncəsənət fakültəsinin dekanı, Prof.Dr. Qəzənfər Zahidi və bir çox müəllim və araşdırmaçılarının qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin Hindistanda daha geniş yayılması istiqamətində bu cür tədbirlərə, görüşlərə və müzakirələrə geniş ehtiyac olduğunu deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Universitetin İncəsənət fakültəsinin dekanı, Prof.Dr. Qəzənfər Zahidi və ali tədris ocağına “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları özündə əks etdirən "Azərbaycan həqiqətləri" filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi və Xocalı soyqırımına dair kitablar, filmlər, materiallar və eyni zamanda Azərbaycan mədəniyyətinə dair materiallar da təqdim edib və Qəzənfər Zahidi başda olmaqla tədbirdə iştirak edən Hindistan alimləri və araşdırmaçılarını Azərbaycana dəvət edib. Dəvəti böyük məmuniyyətlə qəbul edən Qəzənfər Zahidi və alimlər Azərbaycanı görməkdən, əməkdaşlığı daha da genişləndirməkdən məmuniyyət duyacaqqlarını deyiblər.

Qeyd edək ki, çıxış və görüşlər Hindistanda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Jamia Millia İslamia Universiteti (Hindistan) və Selçuk Universitetinin (Türkiyə) təşkilatçılığı və millət vəkili Qənirə Paşayevanın da dəstəyi ilə həyata keçib. Millət vəkili Qənirə Paşayeva tədbirin sonunda tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək onlara Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirəm material, kitab və filmləri, o cümlədən Azərbaycan mədəniyyətini aid hədiyyələr təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm