Qırmızı.az
Çoxdəfəlik giriş vizalarının etibarlılıq müddəti ləğv edilir
Azərbaycanda çoxdəfəlik giriş vizalarının etibarlılıq müddətinin ləğv edilməsi təklif olunur. Trend-in məlumatına görə, bu dəyişikliklər Milli Məclisin müzakirəsinə verilən "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.
Hazırda çoxdəfəlik giriş vizaları 1 il müddətinə rəsmiləşdirilir. Dəyişikliklərə uyğun olaraq, Azərbaycanda 100 dollar ödəməklə əldə edilən ikidəfəlik vizanın ləğv edilməsi də təklif olunur. Bununla da viza almaq istəyənlər yalnız birdəfəlik və ya çoxdəfəlik vizaların rəsmiləşdirilməsi üçün ərizə verə bilərlər.
Bununla belə, dəyişikliklər vizaların rəsmiləşdirilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinə təsir etməyib. Birdəfəlik vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu 50 dollar, çoxdəfəlik viza üçün isə 350 dollardır.
Bundan başqa, Azərbaycana qrup halında gələn əcnəbilərin hər birindən vizanın rəsmiləşdirilməsi və ya onun etibarlılıq müddətinin uzadılmasına görə dövlət rüsumunun ləğv olunması təklif edilir.
"Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər qanunun Azərbaycan Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədilə hazırlanıb.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq