Polislərin fəaliyyəti araşdırılır
Bizi izləyin

Qırmızı.az

Polislərin fəaliyyəti araşdırılır

Abşeron Rayon Polis Şöbəsinin 3 vəzifəli əməkdaşı barədə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılır.

Axar.az xəbər verir ki, oktyabrın 10-da Abşeron Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Zülfüqar Məmmədov, şöbənin Mehdiabad polis bölməsinin rəis müavini Şükür Paşayev və baş əməliyyat müvəkkili Təvəkkül Cəbrayılov MCMBİ-yə çağırılıblar.

Məlumatda qeyd olunur ki, hər üç polis əməkdaşından müxtəlif səviyyəli şikayətlər var. İctimai Təhlükəsizlik bölməsinin rəisi ilə bağlı iddialar əsasını tapmadığı üçün Zülfüqar Məmmədovla dərhal azadlığa buraxılıb. Onunla bağlı araşdırmaya xitam verildiyi də bildirilir.

Digər 2 polis əməkdaşı da ifadələri alındıqdan sonra bu gün azadlığa buraxılsalar da, barələrində araşdırmalar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm