Qırmızı.az
İŞİD-ə qoşulan azərbaycanlıdan ETİRAF
İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçirib.
E.Behbudov Publika.az-a açıqlamasında İŞİD qüvvələrinə qoşulmuş iki nəfərlə də görüşdüyünü bildirib:
“Onlarından biri Laçından, digəri Bakı şəhərindəndir. Hər ikisi əməllərindən peşmandır. Qurbanlı Elşən 3 ay, Mustafayev Elxan isə 1 il Suriyadakı İŞİD qüvvələrinin tərkibində döyüşüblər. Elxan Astara gömrüyündə, Elşən Bakıda hava limanında saxlanılıb. Dediklərinə görə, Elşən ayda 50 manat alıb. Elxana isə köhnə "Pikap" maşını veriblər, azərbaycanlılara bazarlıq edib. O isə ayda 150 manat alırdı. Onların sözlərinə görə, Suriyaya çatan kimi pasportları əllərindən alınıb, sənədlərini geri alan kimi də ölkəyə qayıdıblar. Onlar əvvəl Türkiyəyə, sonra qaçaq yolu ilə Suriyaya keçiblər. Onlar Suriyada başqa azərbaycanlıların da olduğunu dedilər”.
E.Behbudov həmçinin Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlandığını deyib. Mətbuatda H.Məmmədovun intihar etməsi ilə bağlı məlumatlar yayıldığına görə, onunla görüşdüyünü deyən hüquq müdafiəçisi qeyd edib ki, Hacı Məmmədovun belə bir fikri olmayıb.
"Milli Təhlükəsizlik Nazirliyinin özünün müalicə müəssisəsi olmadığına görə, H.Məmmədov Pentensiar xidmətin müalicə müəssisəsinə müayinədən keçmək üçün aparılıb. Şəkər və təzyiq problemi olduğuna görə müayinədən keçib. Həyatı üçün heç bir təhlükə yoxdur, kamerasındadır”.
Gülxar
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."