Qırmızı.az
Bölgə yazarları Bakıya yığışacaq – FOTO

Oktyabrın 18-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Paytaxtdan bölgələrə....Bölgələrdən paytaxta...” layihəsi çərçivəsində “Zirvə tədbiri” adlı musiqili poeziya gecəsi keçiriləcək.
Layihənin rəhbəri Əfsanə Ələsgərli Publika.az-a
bildirib ki, Dünya Gənc Türk Yazarlar Birliyinin gerçəkləşdirəcəyi
tədbirdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaradan gənc
istedadlı şairlərin ifasında şeirlər səsləndiriləcək. Münsiflər
heyəti tərəfindən qiymətləndirilən və öz məzmun yükü, yaradıcı
tapıntılarına görə seçilən ən yaxşı şeirlərin müəllifləri fəxri
diplom və hədiyyələrlə təltif ediləcək.
Layihənin məqsədi paytaxt mühitindən kənarda - bölgələrdə
yaşayıb-yaradan gənc istedadlı yazarları üzə çıxarmaq, yeni
imzaları ədəbi mühitə qazandırmaq, bölgə yazarlarının
ümumrespublika ədəbi mühitinə inteqrasiyasına yardımçı olmaqdır.
Layihə çərçivəsində nəşr edilən “Bölgələrdən səslər – 2” toplusu da
məhz bu məqsədlə nəşr olunub.
Qeyd edək ki, “Bölgələrdən səslər” toplusunun birinci hissəsi 2012-ci ildə işıq üzü görüb, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Cəvahir

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?