Qırmızı.az
6 minə yaxın məhkum əfv olunub
İndiyədək Prezident tərəfindən imzalanmış əfv sərəncamları ilə 5938 nəfər əfv olunub.
Publika.az xəbər verir ki, bu gün əfv sərəncamının icrası ilə bağlı 2 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbir zamanı Penitensiar Xidmətin rəis müavini Rafiq Ramazanov bildirib ki, indiyədək 57 əfv sərəncamı imzalanıb.
O qeyd edib ki, 2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı ilə 7 məhkum azadlığa buraxılıb. Onlar ağır cinayətlərə görə məhkum olunublar.
Əfv olunanlar Prezidentin bu sərəncamını yüksək qiymətləndirib, əməllərindən peşman olduqlarını bildiriblər. Azadlığa çıxandan sonra sağlam həyat tərzi keçirəcəklərini, cəmiyyət üçün yararlı olacaqlarını vəd ediblər.
Tədbirdə Ombudsman Aparatının, ictimaiyyətin, KİV-lərin nümayəndələri iştirak edib.
Qeyd edək ki, ötən gün imzalanan sərəncam 84 nəfər məhkuma şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 80 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 2 və cərimə cəzasına məhkum edilmiş 1 nəfər isə cəzadan tam azad ediliblər.
Gülxar
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər - VİDEO
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident