Qırmızı.az
74 azyaşlı yol qəzalarının qurbanı oldu
Bu ilin 9 ayı ərzində Azərbaycanda baş vermiş yol qəzalarında ölənlərin 74 nəfəri, yaralananların isə 175 nəfəri 16 yaşına qədər uşaq olub. Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, 2014-cü ilin 9 ayı ərzində respublika ərazisində 1959 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 845 nəfər ölüb, 1993 nəfər yaralanıb.
K.Əliyev bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 198 fakt, ölənlərin sayı 27 nəfər, yaralananların sayı isə 310 nəfər azalıb.
Hesabat dövründə Bakıda 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb.
Hadisələrin çoxu piyadaların vurulması ilə müşayiət olunub. Bu, ümumi hadisələrin 36 faizini təşkil edib. Piyadaların vurulması ilə nəticələnən 707 hadisə baş verib. Nəticədə 267 nəfər ölüb, 499 nəfər yaralanıb.
Sürət həddinin aşılması səbəbindən 571 qəza baş verib. Nəticədə 293
nəfər ölüb, 468 nəfər xəsarət alıb.
Ötmə və qarşı hərəkət zolağına keçmə səbəbindən 630 qəza baş verib.
Bu zaman 256 nəfər ölüb, 763 nəfər xəsarət alıb.
Yolayrıcını keçmə qaydalarının pozulması səbəbindən 159 hadisə qeydə alınıb. Nəticədə 65 nəfər ölüb, 232 nəfər xəsarət alıb.
Gülnar Əliyeva
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri