İlham Əliyev Fransa Prezidentinə başsağlığı verdi
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev Fransa Prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb.


Başasğlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident, “Total” şirkətinin Direktorlar Şurasının Sədri və Prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirəm".


Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin “Total” şirkətinin Direktorlar Şurasının Sədri və Prezidenti Kristof dö Marjerinin ailəsinə də başsağlığı verib.


Başsağlığında deyilir: "Total" şirkətinin Direktorlar Şurasının Sədri və Prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir və səbir diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm