Qırmızı.az
Həyat yoldaşını izlədi, gördüklərindən dəhşətə gəldi - QƏTL
.jpg?v1750627227)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Ağstafa rayon sakini, 1984-cü il təvəllüdlü Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Ramin Qurbanov bu ilin iyunun 16-da Xətai rayonunda həyat yoldaşı, 1987-ci il təvəllüdlü Dilbazi Tahir qızını bıçaqlayaraq öldürüb. Hadisə qısqanclıq zəminində baş verib.
Belə ki, Ramin Qurbanov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. O, şübhələrini müəyyən etmək üçün həyat yoldaşını izləməyə başlayıb. Ramin Qurbanov izlədiyi müddətdə arvadının başqa bir kişi ilə münasibətdə olduğunu görüb. Bu səbəbdən də arvadını öldürmək qərarına gəlib. Həmin gün həyat yoldaşı ilə mübahisə edən Ramin Qurbanov cinayət hadisəsini törədib. O, cinayəti törədəndən sonra polisə gələrək təslim olub və həyat yoldaşını namus üstündə öldürdüyünü bildirib.
Ramin Qurbanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.
Məhkəmə baxışı noyabrın 3-nə təyin edilib.

-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Region22 İyun 22:24
İsrail ordusu SEPAH-ın raket zavodunu belə vurdu - ANBAAN VİDEO
-
Səhiyyə22 İyun 22:00
Döş xərçəngi ilə bağlı İNQİLABİ KƏŞF - 68 ay əvvəl aşkarlana bilər
-
Sosial22 İyun 21:00
Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurub - FOTO/YENİLƏNDİ
-
Dünya22 İyun 20:36
Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı