Qırmızı.az
Veteranlarla kursantların görüşü keçirilib - FOTO

Son aylarda cəmiyyətdə Silahlı Qüvvələrimizə inam nəzərəçarpacaq dərəcədə artıb. Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, dövlət qurumları ilə yanaşı, ayrı-ayrı ictimai təşkilatlar da fəaliyyətlərini məhz ordu ilə xalqın birliyinə, gənc nəslin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsinə yönəltməkdədir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının rəhbərləri ilə kursantların görüşü keçirilib. Tədbiri giriş sözü ilə məktəbin rəisi polkovnik Füzuli Salahov açaraq qonaqları təqdim edib.
Təşkilatın sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış edərək hərbçi peşəsinin özəlliklərindən, onun həqiqətən şərəfli olmasından, bu peşəyə ümummilli liderimiz Heydər Əlyievin böyük dəyər verməsindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində gördüyü möhtəşəm işlərdən, dövlətin gənclər siyasətindən danışıb. O həmçinin Silahlı Qüvvələrimizi sabiq SSRİ-nin digər respublikalarının Silahlı Qüvvələri ilə müqayisə edərək qürur hissi ilə bildirib ki, Ordumuzla fəxr etməyə, ona güvənməyə haqqımız var.
Tədbirdə çıxış edən veteranlar ordu quruculuğunun elmi əsaslarla davam etməsindən, ən müasir silahlarla təchiz edilən Silahlı Qüvvələrimizin qüdrətinin artmasından danışıblar.
Təhsildə və məktəbin ictimai işlərində fəallıq göstərən beş
nəfər kursant təşkilatın fəxri fərmanına layiq görülüb.
Sonda 35 saylı musiqi məktəbi şagirdlərinin iştirakı ilə konsert
proqramı təqdim edilib.







-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO
-
ABŞ02:42
Tramp 11-ci dəfə BABA OLDU
-
Magazin202:12
“Avroviziya”nın bütün finalçıları məlum oldu - YENİLƏNDİ
-
İdman01:11
“Traktor”dan SON NÖQTƏ - Yenə zəfər çalıb kuboku qazandı
-
Sosial00:45
Paytaxtın köçürülməsi müzakirə olunur: sağlamlığımız təhlükə altındadır? - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bu dəyişiklik səni çaşdıra bilər