Qırmızı.az
İcra başçısı müavinlərinin müşavirəsi davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən seminar-müşavirəsi oktyabrın 29-da öz işini davam etdirib.
AzərTAc xəbər verir ki, seminar-müşavirənin ikinci günündə
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini
məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, səhiyyə naziri Oqtay Şirəliyev, əmək
və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Prezident
Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov məruzələrlə çıxış ediblər.
Tədbirdə Azərbaycanda tolerantlıq və multikulturalizm mühitinin
qorunması, mədəniyyət, turizm, səhiyyə sahələri, əhalinin sosial
müdafiəsi və məşğulluğunun təmin edilməsi, ölkənin ictimai-siyasi
həyatı və s. məsələlər ətrafında müzakirələr aparılıb.
Seminar-müşavirənin iştirakçıları Dövlət Bayrağı Meydanı Kompleksi, Bakının rəmzlərindən biri, dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Xalça Muzeyinin yeni binası ilə tanış olub, Beynəlxalq Muğam Mərkəzində konsertə və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseyn Cavidin “Əmir Teymur” pyesi əsasında hazırlanan tamaşaya baxıblar.
Seminar-müşavirə oktyabrın 30-da öz işini başa çatdıracaq.
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu