Qırmızı.az
(R) Unibank və British Council-dan birgə “Birləşmiş Krallıqda Təhsil” sərgisi
Unibank təhsillə bağlı daha bir layihədə iştirak edir. 01-02 noyabr tarixlərində British Council Azərbaycanın təşkilatçılığı ilə Bakıda keçirilən növbəti “Education UK” sərgisinin əsas dəstəkçisi Unibank-dır.
Hilton otelində təşkil edilən "Education UK – Birləşmiş Krallıqda Təhsil" sərgisində Birləşmiş Krallıqdan 43 universitet, məktəb, kollec və dil kursu iştirak edəcək ki, onlardan da 24 universitet “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda yer alıb. Sərgiyə qatılan 24 ali məktəbə qəbul olunacaqları təqdirdə Azərbaycan gəncləri bu universitetlərdə dövlət təqaüdü ilə təhsil almaq imkanı qazanacaqlar.
31 oktyabradək onlayn qeydiyyatdan keçə bilməyən şəxslər sərginin hər iki günü saat 11.00-dan 17.00-dək sərgi ərazisində qeydiyyatdan keçib sərgini ziyarət edə bilərlər.
Tədbirin rəsmi açılış mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İrfan Siddiqinq və British Council Azərbaycanın direktoru xanım Elizabet Vayt da iştirak edəcək.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?