Qırmızı.az
Dini Komitə: Aşura günü Qarabağ şəhidləri də anılmalıdır
Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu fikir Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirədə səsləndirilib.
Müşavirəni açan DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, Dövlət Komitəsi qarşıdan gələn Aşura mərasimləri ilə bağlı müəyyən tədbirlər hazırlayıb və artıq həmin tədbirlərin icrasına başlanılıb.
Onun sözlərinə görə, Dövlət Komitəsi 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirlər təşkil etməyi nəzərdə tutur. Həmin tədbirlər Bakı ilə yanaşı, Gəncə və Qəbələ şəhərlərində də təşkil olunacaq.
K.Abdullayev bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərdə qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti ilə maraqlanıb. Dövlət müşaviri ölkəmizdə mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə Prezidenti tərəfindən bu ənənələrin daima qorunub saxlanıldığını diqqətə çatdırıb, müvafiq tövsiyələrini verib.
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO