Qırmızı.az
Əlilliyi olan 200-dən artıq şəxs protezlərlə təmin olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın regionlarında yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Göyçay, Ağdaş, Kürdəmir rayonlarında davam etdirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, həmin rayonlar üzrə səyyar şəkildə xidmət göstərilməsi üçün əvvəlcədən qeydiyyata alınmış ümumilikdə 213 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri ilə təmin ediliblər. Beləliklə, onların qeyd olunan protez-ortopediya məmulatları və reabilitasiya vasitələri ilə təmin olunmaq üçün paytaxt Bakıya gəlmələrinə ehtiyac qalmayıb.
2013-cü ilin dekabr ayında ƏƏSMN-nin üzrə müvafiq Əmrinə əsasən, nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqadalar artıq bu vaxta qədər 30-a yaxın rayon üzrə səyyar formada xidmət həyata keçiriblər. Həmin rayonlar üzrə 800 nəfərdən çox əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edilib.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi