Qırmızı.az
Bakının qızan 80%-i, tələbəta uyğun verilən qaz - bəs niyə üşüyürük?
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən paytaxt ərazisində istiliklə təchizat 80% yerinə yetirlib.
Bu barədə Publika.az-a “Azəristiliktəchizat” ASC-nin müştəri və abonent xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
Onun sözlərinə görə, artıq noyabr ayının 15-dən paytaxt binalarının istiliklə tam təchizatı yekunlaşdırılmalı olsa da, bu sahədə bəzi problemlər var:
“Bəzi ərazilərdə qazla bağlı problemlər var, biz bununla bağlı
“Azəriqaz” İB-ə müraciət etmişik, onlar da təzyiqi artırırlar. Bir
çox iri rayon qazanxanalarının dövriyəsində 4 min kuba yaxın su
var. Orada birdən-birə suyun temperaturunu qaldırmaq mümkün olmur.
Elə qazanxanalarımız var ki, onun üzərində 250-dən çox obyekt
yerləşir. Hər qazanxanada olan 4 min kub suyun hamısını bir günün
içində qızdırıb dövriyyəyə ötürmək mümkün deyil. Biz temperaturu 10
dərəcə-10 dərəcə artıra bilirik. Bir çaydanı qoyanda 15 dəqiqəyə
qaynayır. 4 min kub suyun hər dəfə temperaturu 10 dərəcə artırmalı,
dövriyyədə fırlanmalı, yenidən qazanxanaya qayıtmalıdır. Ona görə
də bu proses 2-3 gün çəkəcək”.
“Azəriqaz” İB-dən isə qazla bağlı heç bir problemin olmadığını dedilər. Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qış rejiminə vaxtından əvvəl keçilib. Qaz da əhalinin tələbatına uyğun verilir: “Qazın verilişində heç bir məhdudiyyət yoxdur. Kütləvi tələbat artanda qaz kəmərlərində tənzimləyici qurğular olur ki, bu qurğular vasitəsilə qaz tənzimlənir”.
Qurum rəsmisi ötən illərlə müqayisədə əhali tərəfindən qazın həcminin 2 dəfədən çox artdığını deyir. Belə ki, son bir neçə gün ərzində artırılan qazın həcmi ötən ildən 21 milyon kub metr çoxdur.
“Azəriqaz” İB tələbəta uyğun qaz verildiyini desə də, görünən odur ki, təzyiqi ötən ildəkindən 2 dəfədən çox artırılan bu qazala nəinki evləri qızdırmaq, heç yemək bişirmək belə mümkün deyil.
Gülnar Əliyeva
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO