Qırmızı.az
İrandan azərbaycanlı xəstələrə zərbə - Yasaq
İran xarici vətəndaşlara böyrək satışını qadağan edib.
Axar.az “Aran radiosu”na istinadən xəbər verir ki, bu qərar iranlı böyrək xəstələri arasında ehtiyacın olmasına görə verilib.
Həmçinin orqanların köçürülməsində yol verilən qanunsuzluqların qarşısını almaq məqsədi ilə İran Səhiyyə Nazirliyi mövcud qanuna yenidən baxacaq.
İran Səhiyyə Sistemi Təşkilatının sədri Əlirza Zali jurnalistlərə açıqlamasında digər ölkələrin vətəndaşlarının öz ölkələrindən bir nəfəri gətirməklə, İran xəstəxanalarında böyrək köçürülməsi xidmətlərindən yararlana biləcəklərini deyib:
“Ölkədə böyrək növbəsində duran şəxslərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Daxildə böyrəyə kütləvi surətdə ehtiyac var. Buna görə, xarici şəxslərə bədən üzvünün köçürülməsindən söhbət belə gedə bilməz. Hal-hazırda da böyrəyə və digər bədən üzvlərinə ehtiyacı olan xarici ölkə vətəndaşları köçürmə əməliyyatını həyata keçirmək üçün öz həmyerlilərindən birini İrana gətirə bilərlər. Ancaq özlərinə bədən üzvlərinin köçürülməsi üçün İran vətədaşlarından istifadə edə bilməzlər”.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO