Qırmızı.az
Baş Prokurorluq: 54 yox, 2 nəfər zorlanıb
Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun 46 yaşlı sakininin 54 nəfəri zorlaması barədə yayılan xəbəri təkzib edir.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən - 1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlunun guya 54 nəfəri zorlamasına dair həqiqəti əks etdirməyən məlumatlar dərc edilib: “Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilir və bununla əlaqədar bildiririk ki, həmin cinayət işi üzrə 2 nəfər zərər çəkmiş şəxs qismində tanınıb, Əli Gülmalıyev isə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev