Qırmızı.az
Lənkəranda əməliyyat: saxta dollar və narkotik alverçiləri tutuldu
Lənkəranda saxta pul və narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları
narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu
əməliyyat tədbiri həyata keçirib.
Suraxanı rayon Qaraçuxur qəsəbə sakini, 33 yaşlı Namiq Həsənov Lənkəran şəhər avtovağzalında əməliyyatçılar tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Onun üstünə baxış zamanı 3 ədəd saxta 100 Amerika dolları aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, Lənkərana narkotik maddə qəbul etmək məqsədi ilə gəlib.
O qeyd edib ki, Lənkəran rayon Girdəni kənd sakini, Arzuman Mirzəyevin evində qonaq olub. Birlikdə narkotik maddə qəbul etdikdən sonra Arzuman Mirzəyev tanışı Namiq Həsənova saxta dollar almağı təkli edib və 300 saxta dolları ona 60 manata satıb.
Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları 43 yaşlı Arzuman Mirzəyevi də saxlayıb. Onun yaşadığı evə baxış zamanı 35 ədəd kibrit qutusuna doldurulmuş 200 qrama yaxın marixuana, 2 ədəd sellofan torbaya bükülmüş yarım kiloqrama yaxın qurudulmuş marixuana, həmçinin çətənə bitkisinin toxumları aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs narkotik maddələri satış məqsədi ilə əldə edib saxladığını etiraf edib. Arzuman Mirzəyev eyni zamanda bildirib ki, saxta dollarları ona narkotik maddə satdığı şəxslər marixuananın əvəzində veriblər. Pulların saxta olduğunu bildikdə isə tanışı Namiq Həsənova satmaq qərarına gəlib.
Faktlarla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat istintaq tədbirləri davam etdirilir.
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM