Qırmızı.az
Nazirlik 1400 manatlıq rüşvət qalmaqalına aydınlıq gətirdi
Publika.az saytında “Qocalar evinə qəbul üçün məndən 1400 manat istədilər” adlı yazıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi reaksiya verib. (http://publika.az/p/52492)
Yazıda Tahirə Yusifova adlı xanımdan 3 il öncə Bilgəh Qocalar Evinə yerləşdirilməsi müqabilində 1400 manat tələb edilməsi ilə bağlı iddia yer almışdı.
Qeyd olunmuşdu ki, müvəqqəti olaraq Azərbaycan Uşaq Birliyinin sığınacağında yerləşdirilmiş Tahirə xanımla bağlı Birliyin sədri Kəmalə Ağazadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Kəmalə xanım bildirib ki, müraciətlərinə nazirlik nə yazılı, nə də şifahi cavab verib.
Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev Publika.az-a bildirib ki, sözügedən qocalar evində köhnə rəhbərliyin dövründə ahıl yaşdan daha aşağı yaşda olan və pansionatın təyinat profilinə uyğun olmayan şəxslərin yerləşdirildiyi barədə faktlar var idi. Cənab Səlim Müslümov nazirliyə rəhbər təyin olunandan sonra Bilgəh Qocalar evinin rəhbərliyi dəyişdirildi, pansionatın profilinə uyğun olmadan burada yerləşdirilən 16 nəfər pansionatdan uzaqlaşdırıldı.
Ç.Əliyev bildirib ki, qocalar evində ehtiyacı olan bütün insanları yerləşdirmək üçün yer var:
“Bilgəh qocalar evinə doğmaları, evi olmayan, təqaüd yaşına çatmış insanlar qəbul edilir. Həmin qocalar evində yeni yaşayış korpusu da istifadəyə verilib. Lakin bəzən kimsəsiz insanlara ziyalılar kömək etmək əvəzinə, məsələyə fərqli don geyindirməyə çalışırlar. Məsələni araşdırarkən məlum oldu ki, bu il ərzində Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadənin T.Yusifovanın qocalar evində yerləşdirməsi ilə bağlı müraciəti olmayıb”.
Xidmət rəisi onu da bildirdi ki, yaxın günlərdə T.Yusifova qocalar evinə yerləşdiriləcək:
“Bu barədə müvafiq sektorun müdirinə məlumat vermişəm. T.Yusifova Nəsimi rayonunda qeydiyyatda olduğu üçün həmin rayonda əhalinin sosial müdafiəsi mərkəzinin vasitəçiliyi ilə lazım olan sənədlər hazırlanacaq. Yaxın zamanda T.Yusifova Sabunçu rayonu Bilgəh qəsəbəsindəki qocalar evində yerləşdiriləcək”.
Gülxar Şərif
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi